Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, final matçında iki ispan komandası - "Palma" və "Barselona" üz-üzə gəliblər.
"Palma" rəqibinə 5:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.
Turnirin bürünc medalçısı Portuqaliya klublarının duelində müəyyənləşib. “Sportinq”i 6:3 hesabı ilə məğlub edən “Benfika” fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, “Palma” ardıcıl ikinci dəfə futzal üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
“Finaldan gözləntilərim ancaq qələbədir”.
Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.